Türkiyə I Liqasında 30-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, tur çərçivəsində Azərbaycan millisinin üzvlərinin forma geyindiyi komandalar üz-üzə gəlib.
Vüsal İsgəndərlinin şərəfini qoruduğu "Boluspor" doğma meydanda Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyespor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanlı oyunçular bu matça start heyətdə başlayıb. Vüsal 59-cu, Coşqun isə 90-cı dəqiqədə əvəzlənib.
30 turdan sonra 46 xal toplayan "Boluspor" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 34 xalı olan "Ümraniyespor" isə 12-cü yerdədir.
saytlarin hazirlanmasi