Renat Dadaşov oynadı, "Hatayspor" uduzdu

18:54 - 14 Aprel 2024

Türkiyə Super Liqasında 32-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” öz meydanında “İstanbulspor”u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 70-ci dəqiqədə Karlos Strandberqin əvəzinə meydana daxil olub.

32 turdan sonra 33 xal toplayan "Hatayspor" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti