Türkiyə 1-ci Liqasında 30-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" doğma meydanda "Giresunspor"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard matça start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Ramin komandasının ilk qolunu vurub.
29 turdan sonra 52 xal toplayan "Kocaelispor" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi