Minifutbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, Avropa çempionatının hazırlıq planına əsasən millimiz aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək. Bununla əlaqədar baş məşqçi Elşad Quliyev milli komandaya 20 futbolçu cəlb edib.
Xatırladaq ki, aprel ayının 30-da təmsilçimiz Serbiya, Rumınya, Monteneqro, Albaniya və Bosniya və Herseqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək.
saytlarin hazirlanmasi