Almaniyanın "Dinamo" klubunda çıxış edən Rüfət Dadaşov üçün mövsüm erkən bitib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü qalan matçlarda Berlin təmsilçisinə kömək edə bilməyəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Məşqdə zədələnən Rüfətin 4-6 həftəyə sağalacağı və mövsümün son oyunlarında iştirak edəcəyi gözlənilirdi. Lakin 32 yaşlı hücumçunun zədəsi daha ciddidir. Təcrübəli forvard yeni mövsüm öncəsi baş tutacaq təlim-məşq toplanışında komandaya qoşulacaq.
Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm "Dinamo"nun heyətində meydana çıxdığı 28 rəsmi matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi