Futbol üzrə Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Sərtan Taşkının formasını geyindiyi "Manisa" səfərdə "Altay"la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sərtan Taşkın da bu görüşün iştirakçısı olub. 27 yaşlı sağ cinah müdafiəçisi matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib.
31 turdan sonra 36 xal toplayan "Manisa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi