Türkiyə I Liqasında 31-ci turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" səfərdə "Bandırmaspor"un qonağı olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Bəxtiyar da bu oyunun iştirakçısı olub. 31 yaşlı mərkəz müdafiəçisi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.
31 turdan sonra 33 xal toplayan "Tuzlaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi