Mövsümün sonunda "Beşiktaş"la müqaviləsi başa çatan Cenk Tosun komandadan ayrılmağa yaxındır.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu "qara qartallar"la yeni müqavilə məsələsində razılığa gələ bilmir. Tərəflər arasında maaşla bağlı fikir ayrılığı var.
Arda Turan karyerasını İstanbulda başqa komandada davam etdirə bilər. "Başakşehir"və Super Liqaya yeni vəsiqə qazanmış, Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor" ulduz futbolçu ilə maraqlanır. Təcrübəli forvard ona gələn təklifləri nəzərdən keçirir.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi