Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Sportal.az xəbər verir ki, Yüksək Liqanın final matçında “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.
Son iki mövsümün çempionlarının dueli gərgin mübarizə şəraitində keçib. Bakı İdman Sarayında təşkil olunan qarşılaşmanın taleyi 4 setdə həll olunub. Ötən mövsümün çempionu “Azərreyl” 3:1 hesablı qələbə ilə titulunu qoruyub.
Qeyd edək ki, qadınların çempionatında 3-cü yeri “Gəncə”yə üç setdə qalib gələn “Murov Az Terminal” tutub.
saytlarin hazirlanmasi