"Qarabağ"ın futbolçusu Abdiullah Zubir karyerasını fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Tuluza" 32 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Liqa 1 təmsilçisi yayda Azərbaycan çempionu ilə müqaviləsi başa çatan təcrübəli oyunçu ilə yaxından maraqlanır.
"Tuluza"dan başqa "Seltik" (Şotlandiya) və "Auqsburq" da fransalı futbolçuya maraq göstərir. Zubirin Səudiyyə Ərəbistanının "Ər-Riyad" klubundan da təklif aldığı bildirilir.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayından "Qarabağ"da çıxış edir. Ön xətt oyunçusu bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 48 rəsmi matçda 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi