"Qalatasaray" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, istanbul nəhəngi "Mançester Yunayted"də çıxış edən Viktor Lindelöfü transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Sarı-qırmızılar" mövsüm bitdikdən sonra 29 yaşlı mərkəz müdafiəçisi üçün İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Viktor Lindelöfü 2017-ci ilin yayında "Benfika"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubu ilə 1 illik müqaviləsi var.
saytlarin hazirlanmasi