Millimizin üzvü oynadı, komandası 3 qolla qalib gəldi

17:05 - 27 Aprel 2024

Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Seul"u qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

9 turdan sonra 9 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Xəbər xətti