"Arsenal" yayda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Kristal pelas"da çıxış edən Mark Quini transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
"Arsenal" 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 60 milyon avroluq rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Kristal Pelas" Mark Quini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.
saytlarin hazirlanmasi