"Fənərbaxça" damimarkalı yarımmüdafiəçi ilə maraqlanır

20:12 - 30 Aprel 2024

"Fənərbaxça" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Seltik"də çıxış edən Matt O'Rileyi transfer etməyi planlaşdırır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

Türkiyə klubu 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün mövsüm bitdikdən sonra Şotlandiya təmsilçisinə rəmi təklif göndərəcək.

Qeyd edək ki, "Seltik" Matt O'Rileyi 2022-ci ilin yanvar ayında İngiltərənin "Milton Keyns Dons" klubundan transfer edib. Danimarka millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti