Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) növbəti pley-off oyunu baş tutub.
Sportal.az xəbər verir ki, pley-offun 1/4 final mərhələsində "Neftçi" və "Xırdalan" komandaları arasında seriyanın ikinci oyunu çox gərgin keçib. Oyunun sonlarında Cakori Arçinin qazandığı kritik xallarla üstünlüyü ələ keçirmiş "Xırdalan" 76-73 hesablı çətin qələbə qazanıb.
Bu qələbə ilə "Xırdalan" seriyada 2-0 hesablı qələbə qazanaraq, yarımfinalda "Sabah" ın rəqibi olub.
Ən məhsuldar basketbolçular: "Neftçi" (Ceyms Haforn - 17 xal, 12 ribaund), "Xırdalan" (Teyvion Körk - 25 xal, 15 ribaund)
Qeyd edək ki, yarımfinal seriyasında ilk oyun 7 may tarixində baş tutacaq.
saytlarin hazirlanmasi