Polşa mətbuatı “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun Ekstraklasanın 31-ci turunun "Şlensk”lə oyunundakı (1:2) performansını qiymətləndirib.
Sportal.az xəbər verir ki, “Łódzki Sport” portalı Məmmədovdan bunları yazıb:
“Rahil mövsüm ərzində “Şlensk”lə görüşdəki qədər səhv etməmişdi. Məğlubiyyətin əsas günahkarı Məmmədovdur. O, həmişə epizodlarda gecikirdi. Bununla yanaşı, rəqibin cərimə meydançasında qol vurmağa çalışan komanda yoldaşı ilə toqquşurdu”.
Qeyd edək ki, Məmmədov bütün 90 dəqiqə meydanda olub. “LKS Lodz” isə matçda məğlub olaraq Ekstraklasanı tərk edib. Komanda 21 xalla 18-ci yerdədir.
saytlarin hazirlanmasi