Millimizin üzvü qol vurdu, komandası uduzdu

09:37 - 7 May 2024

Futbol üzrə Cənubi Koreya çempionatında 11-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə "Qvanqyu"nun qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

11 turdan sonra 10 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti