Futbol üzrə Bolqarıstan çempionatında 32-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə Sofiya "Slaviya"sının qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
32 turdan sonra 41 xal toplayan "Arda" Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan 4 komanda arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi