Bu yay Çempionlar Liqasında iştirak edəcək "Qarabağ" daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu Kevin Medina ilə kontraktın müddətini uzadıb. Kolumbiyalı legioner qarşıdakı 3 ili (2+1) "köhlən atlılar"ın düşərgəsində keçirəcək. Cənubi amerikalı müdafiəçinin 2020-ci ildən ölkəmizdə çıxış eləməsini xatırladaq.
"Qarabağ" daha əvvəl Bəhlul Mustafazadə və Nəriman Axundzadə ilə sözləşməsini yeniləyib. Müdafiəçi Mutafazadə 3, hücumçu Axundzadə 4 illik kontrakta imza atıb.
saytlarin hazirlanmasi