Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu Elit Liqa Kubokunun "Deqerfors"l matçında iştirak edib. Qarşılaşma "Yurqorden"in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvü bu görüşdə komandasının ilk qolunu vurub.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm "Yurqorden"in əsas komandasının heyətində 2 rəsmi matçda iştirak edib.
saytlarin hazirlanmasi