Bu gün Sərhədçi İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off yarımfinal oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində "Sabah" və "Xırdalan" komandaları arasında seriyanın 1-ci oyunu baş tutub. Görüşün əvvələrindən üstünlüyü ələ keçirmiş "Sabah" yekunda 101-85 hesablı rahat qələbə qazanıb.
Bu qələbə ilə "Sabah" seriyanın ümumi hesabında 1-0 önə keçib.
Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 3 ribaund), "Xırdalan" (Teyvion Körk - 27 xal, 9 asist)
Qeyd edək ki, "Sabah" və "Xırdalan" komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 10 may tarixində baş tutacaq
saytlarin hazirlanmasi