"Bavariya" milli üzvünü PSV-yə satdı

14:20 - 11 May 2024

PSV "Bavariya"dan icarəyə götürdüyü Malik Tillmanla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Niderland klubu 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer hüququna sahib olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

PSV amerikalı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Eyndhoven təmsilçisi Tillman üçün "Bavariya"ya 12 milyon avro ödəyib. Almaniya klubu 2026-cı ilədək 35 milyon avro ödəyərək futbolçunu geri qaytara bilər.

Qeyd edək ki, PSV Malik Tillmanı 2023-cü ilin yayında icarəyə götürüb. ABŞ millisinin üzvü komandanın heyətində meydana çıxdığı 38 rəsmi matçda 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti