"Qalatasaray"ın futbolçusu Vilfred Zaha İngiltərə Premyer Liqasına qayıda bilər.
Sportal.az xəbər verir ki, "Vest Hem" 31 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisinin rəsmiləri ulduz futbolçunun meneceri ilə görüşüb. Təcrübəli ön xətt oyunçusu özü də Premyer Liqaya qayıtmağa isti yanaşır.
Qeyd edək ki, Vilfred Zaha mövsümün əvvəlində "Kristal Pelas"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Qalatasaray"a keçib. Fil Dişi Sahili millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi