"Qalatasaray" yayda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi icarəəsasında "Mançester Yunayted"də çıxış edən Sofyan Amrabatı heyətinə qatmaq istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" mövsümün əvvəlində də transfer etmək istədiyi mərakeşli yarımmüdafiəçi üçün onun klubu "Fiorentina" ilə danışıqlara başlayacaq. 27 yaşlı orta xətt oyunçusu "sarı-qırmızılar"ın formasını geyinməyə isti yanaşır. Futbolçunun qardaşı Nordin Amrabat da bir vaxtlar Türkiyə klubunda çıxış edib.
Qeyd edək ki, "Fiorentina" Sofyan Amrabatı 2023-cü ilin yayında "Mançester Yunayted"ə icarəyə verib. Mərakeş millisinin üzvü "qırmızı şeytanlar"ın heyətində 28 rəsmi matçda meydana çıxıb. Onun İtaliya klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi