Sabiq hücumçu Robin var Persinin baş məşqçi kimi yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis "Herenven"i çalışdıracaq. Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.
Gənc çalışdırıcı ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, van Persi məşqçi kimi "Feyenoord"un gənclər komandasına rəhbərlik edib. O. həmçinin Roterdam təmsilçisinin əsas komandasında köməkçi məşqçi kimi də çalışıb.
saytlarin hazirlanmasi