“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.
Sportal.az xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.
Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.
saytlarin hazirlanmasi