Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Antalyaspor"un qonağı olub. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
37 turdan sonra 44 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi