Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Beşiktaş”ın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 72-ci dəqiqədə meydana daxil olub.
37 turdan sonra 38 xal toplayan "Hatayspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi