"Dinamo"nun hücumçusu mahir Emreli uzunmuddətli zədədən sonra ilk rəsmi matçında çıxıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı forvard Xorvatiya çempionatının "Slaven"lə səfər matçının 46-cı dəqiqəsində meydana daxil olub. "Dinamo"nun 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra millimizin hücumçusu instaqram hesabında paylaşım edib:
"Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. Beş ay sonra meydana çıxmaq məni həyəcanlandırdı. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".
saytlarin hazirlanmasi