"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro milli komandasına dəvət olunub.
Sportal.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 25 nəfərlik heyətə Azərbaycanda çıxış edən oyunçuları da davət edib. Bu barədə yerli federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Monteneqro seçməsi Belçika və Gürcüstan milliləri ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
saytlarin hazirlanmasi