Millimizin kapitanı: "Məqsədimiz yenidən Avropa çempionu olmaqdır"

16:18 - 27 May 2024

Minifutbol üzrə Azərbaycan milli komandasının kapitanı Seymur Məmmədov açıqlama verib.

Sportal.az təcrübəli futbolçunun fikirlərini diqqətinizə çatdırır:

- Millidə ab-hava necədir?

- Komandada ab-hava çox yaxşıdır, təlim-məşq toplanışımız yüksək səviyyədə keçir. Məşqçilərimizlə hər incə detalın üzərində işləmişik. Düşünürəm ki, Avropa çempionatına hazırıq.

- Avropa çempionu titulunu qorumaq mümkün olacaq?

- Maksimum nəticəni əldə etməyə çalışacağıq. Məqsədimiz yenidən Avropa çempionu olmaqdır.

- Son Avropa çempionatında çempionluq qolunu vurdun. Yenə bunu bacaracaqsan?

- Deməzdim ki, qələbəni mənim qol vurmağım gətirdi. Bütün uşaqların əziyyəti var idi. Sadəcə olaraq finalda qol vurmaq mənə qismət oldu. Qolu kimin vurmasının heç bir fərqi yoxdur. Bizə qələbə lazımdır. Azərbaycan xalqına qələbə sevinci bəxş etmək istəyirik.

- Azərbaycan çempionatının sonuna yaxın zədəli idin. İndi durumun necıdir?

- Tam hazıram. Rəhbərlik hər şey etdi. Müalicəm və reablitasiyam yaxşı keçdi.

Elçin Əlixan

Xəbər xətti