"Qarabağ"ın qapıçısı Andrey Lunyov komandadan ayrılacaq.
Sportal.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi rus qolkiperlə yeni müqavilə imzalamayacaq. 32 yaşlı "əlcək sahibi" Azərbaycan Kubokunun "Zirə" ilə matçından sonra komandanın sıralarını tərk edəcək.
Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqust ayından "Qarabağ"da çıxış edirdi. Rusiya millisinin üzvü Azərbaycan çempionunun heyətində meydana çıxdığı 33 rəsmi matçda qapısında 42 qol görüb. Təcrübəli qapıçı 10 görüşdə "çərçivə"ni toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi