Britaniyalılar "Qarabağ"dan yazdı: "Onlar son üç mövsümdür ki, pley-off mərhələsinə yüksəlir"

09:49 - 1 İyun 2024

Şimali İrlandiyanın "Larne" klubunun rəsmi saytı Çempionlar Liqasının təsnifat mərhələsininin 1-ci turundakı potensial rəqiblərindən yazarkən, “Qarabağ”ı xüsusi vurğulayıb.

Sportal.az xəbər verir ki, britaniyalılar Ağdam klubunun avrokuboklardakı və Azərbaycandakı uğurlarından yazıb:

"Şənbə günü Çempionlar Liqasının finalında “Real”ın məğlubiyyəti Azərbaycan çempionunun turnirə birinci mərhələdən başlamasına səbəb olacaq. Azərbaycan çempionatında tam üstünlüyü olan “atlılar” 25 xallıq üstünlüklə 11-ci çempionluğunu qazandı. Çempionlar Liqasının 2017/2018 mövsümünün qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” Dieqo Simeonenin başçılıq etdiyi “Atletiko” ilə iki yaddaqalan heç-heçə etdi, turnirdən kənarlaşdırılana qədər “Çelsi” və “Roma” ilə qarşılaşdı. 

Avropa səhnəsində böyük uğur qazanan klub ardıcıl 10 ildir ki, Azərbaycanı Avropa yarışlarının qrup mərhələsində təmsil edir və son üç mövsümdə pley-off mərhələsinə yüksəlir. Onlar bu yay 1-ci təsnifat mərhələsində onları oynayan hər kəs üçün nəhəng rəqibdir. "Qarabağ" Xabi Alonsonun komandasına mövsümdə ilk məğlubiyyəti yaşatmağa da yaxın olub".
 

Xəbər xətti