"Qarabağ" Rusiyanın "Krasnodar" klubunda çıxış edən Kadi Borgesi heyətinə cəlb etmək istəyir.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu braziliyalı yarımmüdafiəçi üçün onun klubun təklif göndərib. Bu barədə Kadinin meneceri Xelsio Alisk Rusiya mətbuatına məlumat verib:
"Qarabağ" həqiqətən də Kadiyə görə "Krasnodar"a təklif göndərib. Bundan artıq nəsə deyə bilmərəm. Klubun qərarını gözləyirik"
Qeyd edək ki, "Krasnodar" Kadi Borgesi 2023-cü ilin yanvar ayında"Qarabağ"dan transfer edib. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Rusiya təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 32 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi