"Juninyosuz "Qarabağ" üçün bir az çətin olardı"

18:49 - 14 İyun 2024

İnanmıram ki, Andrey Lunyovun gedişi ilə "Qarabağ" nəsə itirsin. Lunyovun gedişinə gəlincə, onun öz seçimidir. "Dinamo"ya keçib. Ancaq "Qarabağ"da qalsaydı, ən azından Avropada özünü göstərə bildi. Əminəm ki, "Qarabağ" ondan da yaxşı qapıçı gətirib. Çünki Çempionlar Liqasında uğurlu çıxış etmək üçün yaxşı qapıçıya ehtiyac var".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın veteran forvardı Samir Musayev deyib.

Ağdam klubunun sabiq hücumçusu "Adana Demirspor"un qapıçısı Şahruddin Məhəmmədəliyev və "Krasnodar"un futbolçusu Kadi Borgesin geri qayıtmaq məsələsinə də toxunub: 

"Şahruddinin qayıdıb-qayıtmamasına Qurban Qurbanov qərar verəcək. Amma başqa qapıçı gətirdi. Kadi Borgesə gəlincə, məncə qayıtsa, yaxşı olardı. Çünki dediyim kimi, Çempionlar Liqasında köməyi dəyəcək. Kadi "Qarabağ"ın əsas futbolçusu olub".

Musayevin fikrincə, Juninyo Olavionun gedişi "Qarabağ"a təsir edəcək: "Juninyosuz "Qarabağ" üçün bir az çətin olardı. Amma məncə, Nəriman Axundzadə heç də Juninyodan geri qalmır. Ola bilər ki, oyun təcrübəsində geri qalır. Lakin gün gələcək "Qarabağ"a legioner hücumçu lazım olmayacaq. Ancaq hələ ki, Juninyo komandanın hücumdakı lideridir və çətin oyunlarda qol vuraraq "Qarabağ" üçün nə qədər vacib olduğunu göstərir".

Mirbağırağa

Xəbər xətti