Polşa mətbuatı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimindən sonra "Yagelloniya"nın “Panejevis” (Litva) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşmasını şərh edərkən, "Qarabağ"a da toxunublar.
Sportal.az xəbər verir ki, “Mecze24” portalı Polşa çempionunun püşkatmada “Qarabağ”la düşməməsini bu cür şərh edib:
"Yagelloniya" səpələnmişlə arasında üçüncü qrupda qərarlaşmışdı. Onun rəqibləri İsrailin “Makkabi” (Təl-Əviv) və ya Azərbaycanın “Qarabağ” klubu ola bilərdi. Bununla belə, püşkatma Polşa çempionunun xeyrinə oldu və onlarla düşmədilər”.
Qeyd edək ki, "Qarabağ" ÇL-in ikinci təsnifat mərhələsində (Cəbəllütariq) - "Hamrun Spartans"(Malta) cütünün qalibi ilə oynayacaq.
saytlarin hazirlanmasi