AFFA U-15 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, "ASCO Arena"da üçüncü yer uğrunda oyun və final görüşü keçirilib. Bürünc mükafat uğrunda matçda “Sumqayıt” üzərində 4:2 hesablı qələbə qazanan “Neftçi” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ” və “Sabah“ komandaları üz-üzə gəliblər. 2:2 hesabı ilə başa çatan matçın penaltilər seriyasında 18:17 hesablı qələbə qazanan “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.
Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 38 qol vuran “Sabah”ın oyunçusu Samir Şərifov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Uğur Qurbanlı isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.
saytlarin hazirlanmasi