Malta mətbuatı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasiminin nəticələrinə əsasən yerli "Hamrun Spartans" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçiriləcək 1-ci turun cütünün qalibinin "Qarabağ"la qarşılaşacağından yazıb.
Sportal.az xəbər verir ki, Maltanın "Allied Newspapers" portalı "Qarabağ"ın güclü olduğunu qeyd edib:
"Hamrun Spartans" UEFA-nın elit turnirində ilk mərhələni keçə bilsə, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanın lideri "Qarabağ"la qarşılaşacaq. "Spartalılar"ı bu mərhələni keçsələr, onları çətin vəzifə gözləyir. Cəbəllütariq tərəfi Malta çempionu ilə az-çox eyni səviyyədədir və “Hamrun Spartans” Konfrans Liqasının qrupuna vəsiqə qazanmaq ümidlərini artırmaq üçün Çempionlar Liqasının 2-ci raundunda yer alacaqlarına inanırlar. "Qarabağ" isə hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edən komandadır. Onlarla qarşılaşmaq "Hamrun Spartans" üçün ciddi sınaq olacaq. Ötən mövsüm isə Azərbaycan nəhəngləri Avropa Liqasının 1/8 finalına yüksəlmişdi".
saytlarin hazirlanmasi