"Qarabağ"dan ayrılan Adama Diakabi karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bandırmaspor" fransalı vingeri transfer etmək istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
I Liqa təmsilçisi hazırda azad agent statusunda olan futbolçu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Adama Diakabi 2023-cü ilin yanvar ayından 2024-cü ilin mayınadək "Qarabağ"da çıxış edib. 22 yaşlı ön xxətt oyunçusu ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi