Adı “Qarabağ”la hallanan Aleksey Kaşukun Almaniyaya yollanmaq ehtimalı yüksəkdir.
Sportal.az “Legioners.ua” portalına istinadən xəbər verir ki, Düsseldorfun “Fortuna” klubu “Şaxtyor”unun yarımmüdafiəçisi ilə aktiv şəkildə maraqlanır.
Almaniya klubunun nümayəndələri artıq bu il iyunun sonunda “Şaxtyor”la müqaviləsi başa çatacaq 23 yaşlı futbolçu ilə əlaqə saxlayıblar. “Fortuna” 2023/24 mövsümündə Almaniya ikinci divizionunda üçüncü yeri tutsa da, pley-offda "Bohum"a uduzaraq Bundesliqaya vəsiqə qazana bilməyib.
Son mövsümdə Aleksey Kaşçuk bütün turnirlərdə 12 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 1,8 milyon avro qiymətləndirir. Daha əvvəl bildirilmişdi ki, Aleksey Kaşukun agenti onun üçün "Mayorka" ilə danışıq aparırdı.
saytlarin hazirlanmasi