"Biz onu komandada saxlamağa maraqlıyıq və öz təklifimizi də etmişik".
Sportal.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel deyib.
Uzun illərdir Ağdam klubunun yükünü öz çiyinlərində daşıyan və bu müddətdə qazanılan uğurlarda böyük pay sahibi olan funksioner Abdullah Zubirlə bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib. Təcrübəli idarəçi 2018-ci ildən komandanın formasını geyinən fransalı vingerdən xoş xəbər alacaqlarına ümid etdiyini söyləyib:
"Bilirsiz ki, onun müqaviləsi bitib. Bir müddətdir bu istiqamətdə danışıqlarımız gedir. Zubirə başqa təkliflərin olmasından xəbərdarıq. Ərəbistan və Fransanın özündən ona dəvətlər var. Buna da normal yanaşırıq. Zubir səviyyəli oyunçudur və hər komanda istəyər ki, heyətində bu cür biri olsun. Hazırda gözləmə mövqeyindəyik. Şərtlərimizi Zubirə demişik. Yaxın günlərdə ondan cavab gəlməlidir. Ümid edirik ki, sonda hər şey bizim istədiyimiz kimi olacaq".
saytlarin hazirlanmasi