Azərbaycan çempionu "Qarabağ" növbəti transferini reallaşdırmağa yaxındır.
Sportal.az Publika.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan futbol ictimaiyyətinə yaxşı tanış olan Aleksey Kaşuku transfer etmək üzrədir. Donesttk "Şaxtyor"u ilə müqaviləsi iyunun 30-da başa çatacaq ukraynalı futbolçu ilə danışıqlar müsbət yekunlaşıb. 2022/23 mövsümündə "Sabah"da icarə əsasında çıxış etmiş 23 yaşlı vinger Azərbaycana geri qayıtmaqda tərəddüd etməyib.
Futbolçu iyulun 1-dən sonra azad agent statusu ilə müqavilə imzalaya bilər. Ancaq bunun reallaşması üçün başqa bir sənəd də lazımdır.
Məlum olduğu kimi, Kaşukun vətəndaşı olduğu Ukraynda Rusiya ilə müharibə edir. Ölkə qanunlarına görə 60 yaşınadək olan kişilərin ölkəni tərk etməsi qadağandır. Ancaq idmançılar, futbolçular və ölkəni təmsil edən şəxslərə müddətli xüsusi icazələr verilir. Aleksey müvafiq icazə sənədini aldıqdan sonra Azərbaycana gələ və "Qarabağ" ilə müqavilə imzalaya biləcək.
Qeyd edək ki, Ukrayna U-21 millisinin üzvü olmuş Kaşuk "Şaxtyor"un yetirməsədir. O, Donetsk təmsilçisi və "Sabah"dan başqa "Maripul"un formasını geyinib.
saytlarin hazirlanmasi