"Qarabağ"ın sabiq kapitanı Aslan Kərimov Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun veteran futbolçusu Azərbaycan çempionunun Çempionlar Liqasının təsnifat mərhələsindəki şanslarından danışıb.
O, "Linkoln" və ya "Hamrun Spartans"la görüşlərdə "Qarabağ"ın uğur qazanacağına inandığını bildirib:
"Qarabağ"ın bu mərhələni keçmək şansı yüksəkdir. Sadəcə bir şeyi yaddan çıxarmalı deyilik ki, bu oyunlara hazırlaşmaq məsələsi var. Əlbəttə ki, nəzəri olaraq üstünlük "Qarabağ"dadır. Amma "Qarabağ" "Linkoln"la ötən mövsüm də qarşılaşmışdı. Birinci oyunda təmsilçimiz qol da buraxmışdı, ağır oyun alınmışdı. Matça Oyuna hazırlaşmaq ən vacibi məsələdir. "Qarabağ" doğru-düzgün, ciddi hazırlaşa bilsə, "Linkoln" və ya "Hamrun" qarşısında çətinlik çəkməyəcək. Amma rəqiblərə yuxarıdan aşağı baxası olsalar....Futboldur da, ciddi hazırlaşmasan, məğlubiyyət də baş verir. Hər şey yaxşı olarsa, transferlər həyata keçirilərsə, heyət qorunub-saxlanılsa, zədələr baş verməsə, "Qarabağ" bu mərhələdə "Linkoln"u da, "Hamrun"u da keçə bilər. Əminəm ki, "Qarabağ" bu mərhələni layiqli şəkildə başa vuracaq".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Hamrun" (Malta) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 23-24, cavab görüşləri isə 30-31 iyul tarixlərində keçiriləcək. Təmsilçimiz ilk matçına səfərdə çıxacaq.
saytlarin hazirlanmasi