Aleksey Kaşuk müqavilə üçün Bakıya gəldi - SON DƏQİQƏ

18:13 - 25 İyun 2024

Aleksey Kaşuk yenidən Azərbaycana qayıdıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Sabah"ın sabiq yarımmüdafiəçi bu dəfə "Qarabağ" üçün Bakıya gəlib.

Tərəflər bütün detallarda razılıq əldə edib.

Ukraynalı futbolçu tibbi yoxlanışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.

"Şaxtyor"a məxsus 23 yaşlı futbolçu 2022-ci ilin martından 2023-cü ilin yayına kimi icarə əsasında “Sabah”da forma geyinib.

Kaşuk “bayquşlar”ın heyətində 41 oyunda 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb

Futbolçu ötən mövsüm “Şaxtyor”un heyətində 12 matçda meydanda olub. Kaşuk bu görüşlərdə 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti