İsveç Qarabağdan məğlubiyyətini xatırlayırİsveç mətbuatı “Göteborq”un bütün keçmiş baş məşqçilərini təhlil edərkən, komandanın 2016/2017 mövsümündə Avropa Liqasının təsnifat mərhələsinin pley-off mərhələsində “Qarabağ”a (1:0, 0:3) qarşı keçirdiyi görüşləri da xatırlayıblar.
Sportal.az xəbər verir ki, “Bollsvenskan” nəşri “Göteborq”un Bakıdakı məğlubiyyətindən də yazıb:
"2016-cı ildə Yorgen Lennartssonun rəhbərliyi altında “Göteborq” Avropa Liqasının pley-off mərhələsinə yüksəldi. Amma bu mərhələdə “Qarabağ” onlar üçün çox çətin maneə oldu. Bakıdakı məğlubiyyət qrup mərhələsinə gedən yolu kəsdi. 2017-ci ilin iyulunda isə mütəxəssis işdən çıxarıldı”.
saytlarin hazirlanmasi