Fransalı vinger Abdullah Zubir "Qarabağ"la yeni müqavilə imzalamasını şərh edib.
Sportal.az xəbər verir ki, o, instaqram səhifəsində bunları yazıb:
"Gəlin bu gözəl klub üçün işləməyə davam edək. Hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Zubir "Qarabağ"la 3 illik yeni müqavilə imzalayıb. Xatırladaq ki, fransalı legioner 2018-ci ildən Azərbaycan çempionunun üzvüdür.
32 yaşlı futbolçu ölkəmizə gələnə qədər karyerası ərzində "Qrenobl", "İstr", "Hibernian", "Petrolul", "Lans" klublarında oynayıb.
saytlarin hazirlanmasi