Mövsümün sonunda karyerasını başa vuran “Qarabağ”ın artıq keçmiş kapitanı Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərəcək.
Sportal.az fanat.az-a istinadən xəbər verir ki, artıq veteran müdafiəçinin iş yeri də müəyyənləşib.
O, "Qarabağ"ın Futbol Akademiyasında çalışacaq. Maksim Ağdam təmsilçisinin U-14 komandasında köməkçi-məşqçi olacaq. Belə ki, millinin sabiq üzvü U-14-də baş məşqçi Samir Musayevə yardım edəcək.
saytlarin hazirlanmasi