"Qarabağ"ın keçmiş futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.
Ağdam klubunun sabiq üzvü Azərbaycan çempionunun transfer siyasətindən danışıb.
O, artıq geridönüşü realaşan Musa Qurbanlı barədə bunları deyib:
"Musa Qurbanlı cavandır, perspektivli futbolçudur. Onu deyə bilmərəm ki, əsas heyətə düşə biləcək, ya yox. Juninyo Olavio qalsa, Mahir Emreli də gəlsə, "Qarabağ"ın hücum xəttində çox güclü rəqabət olacaq. Doğrudur, Kadi Borgesin adı da mətbuatda yayılıb. Mahir Emreli və Kadi Borges yüksək səviyyəli futbolçulardır. "Qarabağ"ın heyətinə baxaq, hər şey çox yaxşı görünür. Bayaqdan adını çəkdiklərim futbolçuların hamısı istənilən komandanı gücləndirə biləcək səviyyədədirlər".
Azərbaycan millisində də oynamış Əmirquliyev 2016-2018-ci illərdə "Qarabağ"ın formasını geyinib.
saytlarin hazirlanmasi