2023-cü ilin yanvarında "Qarabağ"ı "Krasnodar"a dəyişən Kadi Borgesin dönüşü hələ də sual altındadır.
Sportal.az "sporinfo"ya istinadən xəbər verir ki, "köhlən atlar" Rusiya klubuna rəsmi təklif göndərib, braziliyalı legionerin özü də Azərbaycana qayıtmağa razılıq verib.
27 yaşlı vinger Ağdam təmsilçisinin 3 illik müqavilə təklifinə "ok" deyib. "Krasnodar"ın baş məşqçisi Murad Musayev də bu transferin gerçəkləşməsinə "yox" söyləməyib.
Problem təzminatla bağlıdır. "Krasnodar" yeni mövsümün hazırlıqlarına bir müddət əvvəl başlayıb, Kadi isə toplanışa qatılmayıb və iki klub arasında danışıqların necə yekunlaşmasını gözləyir. Ruslar gərək maliyyə şərtlərində güzəştə getsin ki, cənubi amerikalı təkrar "Qarabağ"a dönə bilsin.
Onu 5 milyon avro qarşılığında sıralarına qatmış "Krasnodar" indi bu məbləğin yarısını geri istəyir. Onlar daha 500 mindən, 1 milyon avrodan söhbət etmir, bu kimi rəqəmləri yaxına buraxmırlar.
Halbuki danışıqların ilk mərhələsində elə də yüksək məbləğlərdən danışmırdılar.
saytlarin hazirlanmasi