Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) iyun ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, 504 klubun yer aldığı siyahıda Azərbaycanın dörd komanda ilə təmsil olunub: “Qarabağ”, “Zirə”, “Sabah” və “Neftçi”.
Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 191,25 xalla 53-cü yerdən 39-cu yerə yüksəlib. Onları Paraqvayın “Libertad” (192) komandası qabaqlayıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Braziliyanın “İnternasyonal” klubu isə (hər biri 188) “Qarabağ”dan bir pillə geridədir.
“Zirə” 369-cu yerdən 361-ci yerə yüksəlib. “Sabah” da mövqelərini yaxşılaşdıraraq 377-ci pillədə qərarlaşıb. “Neftçi” isə 403-cü pillədən 397-ci pilləyə yüksəlib (59,25). Onları Slovakiyanın “Slovan” klubu qabaqlayır. Ayın ən yaxşı klubu isə "Real”dı(Madrid).
saytlarin hazirlanmasi